Sərhəddə toqquşma: Durand xətti “barıt çəlləyi”nə çevrildi – Yeniləndi

Pakistan-Əfqanıstan sərhədində atışma baş verib.

Bu barədə “Media Today” mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilib ki, Pakistanla sərhəddə baş verən döyüşdə təxminən 22 əfqan əsgəri həlak olub.

Əfqanıstanın altı əyalətində Pakistan və Əfqanıstan orduları arasında toqquşmalar davam edir.

Bu barədə “TOLO News” yerli “Facebook” mənbələrinə istinadla məlumat verir.

“Hərbi əməliyyatlar Nangarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində aparılır”, – Əfqanıstan təhlükəsizlik qüvvələrindəki mənbə nəşrə bildirib.

Mövcud məlumata görə, Nangarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində atışmalar gedir. Toqquşmalar iki ölkə arasında Kabilin tanımadığı Durand Xətti yaxınlığında baş verir.//publik.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki