Sərhədi pozan İran vətəndaşları saxlanıldı

  Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları ölkələrinə təhvil verilib.

Bu barədə Referans.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

 Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki