Sərhədimizi pozmağa cəhd edən əcnəbilər saxlanıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.

Referans Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxslər Əfqanıstan vətəndaşları – 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

e 00


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki