“Səs” qəzeti fəaliyyətini dayandırır 

  “Səs” qəzeti fəaliyyətini dayandırır. 

Referans.az  xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev məlumat yayıb.

O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu bildirib:

“Media Agentliyinin qərarını 35 İllik kollektivlə son dəfə bu tərkibdə müzakirə etdik. Bu o qəzetdir ki, Ulu Öndər Heydər Əliyev yolunda dönmədən vuruşurdu. 1990-cı illərdə daima təzyiqlərə, təhdidlərə məruz qalsa da Heydər Əliyev yolundan dönmədi. Amma bu gün məktəb yaratmış “SƏS” qəzeti MEDİA – nın bir qərarı ilə tarixə qovuşur. Bu Dövlətçiliyə bir ömür xidmət etmiş kollektivlə vidalaşmaq çox ağır və ürəkağrıdıcıdır. Təəssüf…”.

Qeyd edək ki, qəzət 1991-ci ilin yanvar ayından fəaliyyət göstərirdi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki