Muğlanın Milas rayonunda istirahət məqsədilə kirayə götürülmüş yaxtada gecəni keçirən 35 yaşlı Bahar Taş səhər saatlarında cansız vəziyyətdə tapılıb.
Referans Media- xəbər verir ki, Aydın vilayətinin Efələr rayonunda yaşayan Bahar Taş, dostları ilə birlikdə dünən Muğlanın Milas rayonuna səyahət etmiş və tyaxta kirayə götürərək gecəni orada keçirmişdir. Səhər oyandıqlarında qadının hərəkətsiz vəziyyətdə olduğunu görən dostları dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər.
Hadisə yerinə cəlb olunmuş jandarma və Sahil Mühafizə qüvvələri gənc qadının dünyasını dəyişdiyini təsdiqləyiblər. Onun ölüm səbəbi müəyyənləşməsi üçün Muğla Dövlət Xəstəxanasının morquna aparılıb.
Hadisə zamanı yaxtada olan T.Y. və S.E. adlı iki nəfər jandarma tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
