Seysmoloqdan XƏBƏRDARLIQ: “Yenə zəlzələ olacaq və…”

  “Xəzər dənizi sahillərində qeydə alınan 5,7 maqnitudalı zəlzələdən sonra bölgədə təkanların davam etməsi istisna olunmur”.

Referans xəbər verir ki , bu fikirləri KONKRET.az-a açıqlamasında seysmoloq Qulam Babayev səsləndirib.

Onun sözlərinə görə, hazırda dünya miqyasında seysmik və tektonik aktivlik intensivləşib və Azərbaycan da bu prosesdən kənarda qala bilməz:“Regionun özü silkələnib, seysmoloji vəziyyət aktivləşib. Ona görə də bu zəlzələdən sonra mütləq afterşoklar olacaq. Kiçik maqnitudalı təkanlar gözləniləndir. Amma dağıdıcı, konstruktiv zəlzələlər ehtimal olunmur. Çünki Azərbaycanda yerdəyişmə sürəti o qədər də intensiv olmur. Tektonik blokların hərəkəti də güclü zəlzələyə səbəb ola biləcək qədər sürətli deyil”, – deyə seysmoloq bildirib.

Qulam Babayev əlavə edib ki, hiss olunan zəif təkanlar ilin sonuna qədər qeydə alına bilər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki