Şimal bölgəsində hava sərtləşdi — Qar yağmağa başladı

Şimal bölgəsində bir neçə gün davam edən günəşli havanı bu gün qeyri-sabit hava şəraiti əvəz edib.

Referans Media  xəbər verir ki, hazırda Quba, Şabran, Xaçmaz, Qusar rayonlarına yağış yağır.

Bəzi ərazilərdə qatı duman müşahidə olunur. Qubadakı Regional Şimal-Şərq Hidrometerologiya Mərkəzindən verilən məlumata görə, bölgə üzrə ən aşağı temperatur 4, 8 dərəcə olmaqla Qubanın Qrız kəndində müşahidə edilib.

Xaltan kəndində qar yağması müşahidə edilsə də, hündürlük qeydə alınmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki