Ermənistan Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edəcək.
Referans Media xəbər verir ki, bu barədə Parlamentin veb saytı məlumat yayıb.
Parlamentin deputatları aprelin 16-dan 19-dək Parlamentlərarası İttifaqın iclasında iştirak edəcəklər.
Nümayəndə heyətinə həmçinin millət vəkilləri Sarkis Xandanyan, Tsovinar Vardanyan və Hasmik Hakobyan da daxil olacaq. Parlament aparatının üzvləri də Türkiyəyə səfər edəcəklər.























