Simonyanı öldürmək istəyənlərdən xəbər var

  “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana sui-qəsd cəhdi haqda işə bağlı qapılar arxasında baxılacaq.

Referans.az  xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Təqsirləndirilənlərdən bir neçəsi azyaşlıdır. Buna görə də iş ictimaiyyətə qapalı olacaq”, – deyə qeyd edilib.

 Xatırladaq ki, 2023-cü ilin yayında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna kəşfiyyat orqanlarının Marqarita Simonyan və digər rusiyalı jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd cəhdinin qarşısını aldığını bildirib. Təqsirləndirilən şəxslərdən üçü azyaşlıdır, onlardan biri həbs olunan zaman 8-ci sinif şagirdi olub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki