İtaliyada göyərtəsində 900 ton yanacaq olan Rusiya tankeri heyətsiz üzərkən aşkar edilib.
Referans Media xəbər verir ki, İtaliyanın Rai 1 televiziya kanalının sosial mediada yayımladığı məlumata görə, pilotsuz tanker Lampedusa sahillərində üzür.
Jurnalistlərin məlumatına görə, tanker 900 ton yanacaq, eləcə də iki çən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyır.
“Il Messaggero” qəzeti Rusiyanın qaz daşıyıcısı olan “Arktik Metaqaz” tankerinin da sahillərində üzdüyünü iddia edib.
“Ciddi ziyana uğrayan və hazırda heyətsiz qalan 277 metr uzunluğundakı Rusiya mayeləşdirilmiş təbii qaz tankeri “Arktik Metaqaz” külək və cərəyanların təsiri ilə təhlükəli şəkildə Lampedusa sahillərinə doğru sürüşür”, – məlumatda deyilir./publika.az























