Siyavuş Novruzov:”Tramp bunu ilk dəfə İlham Əliyevə etdi”

  Son 20 ildə Prezident İlham Əliyev BMT tribunasından dəfələrlə çıxış edərək müxtəlif problemləri gündəmə gətirib. 

Referans.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Qeyd edib ki, prezident, beynəlxalq təşkilatların və bəzi dövlətlərin ikili standartlar tətbiq etdiyini davamlı şəkildə vurğulayıb. Bu məsələlər bir çox dünya liderlərinin çıxışlarında da əksini tapıb.

“30 ildən artıq müddətdə bəzi dövlətlərdə keçirilən seçkilərə münasibətdə Azərbaycana qarşı ədalətsiz yanaşmalar müşahidə olunub. Lakin ilk dəfə olaraq ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə ünvanladığı fikirlərdə obyektiv mövqe nümayiş etdirərək, onun xalq tərəfindən seçilmiş bir lider olduğunu vurğulayıb”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki