Siyəzən sakinini və 6 inəyini “tok” vurdu

  Siyəzən sakinini elektrik cərəyanı vurub.

Referans.az  “Report”a istinadən xəbər verir ki, Sədan kəndinin ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində kənd sakini 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədovu və ona məxsus 25000 manat dəyərində 6 baş inəyini elektrik cərəyanı vurub.

 6 baş inək tələf olub, xəstəxanaya yerləşdirilmiş S.Əhmədovun vəziyyəti qənaətbəxşdir.

Araşdırmalar aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki