Şok QƏRAR: "Qalatasaray" Boey transferindən imtina etdi

"Qalatasaray" TFF-nin qəbul etdiyi 10+4 legioner qaydasından sonra Saşa Boey transferi ilə bağlı planlarını dəyişib. Sarı-qırmızılı klub "Bayern Münhen" ilə aparılan danışıqları dayandırıb.

Referans Media xəbər verir ki, TFF-nin yeni legioner limiti komandanın transfer strategiyasını tamamilə dəyişib və klub Boey üçün ayrılan büdcəni və kvotanı başqa mövqelərə yönləndirmə qərarı alıb.

"Bayern Münhen" ilə davam edən bonservis danışıqları da rəsmən dayandırılıb. Klub rəhbərliyi mövcud qaydalar daxilində Boey transferini prioritetdən çıxarıb.

Yeganə ehtimal TFF-nin gələcəkdə 10+4 qaydasında dəyişiklik etməsidir. Bu halda futbolçunun yenidən icarə variantı gündəmə gələ bilər. Lakin hazırkı vəziyyətdə transferin baş tutmayacağı bildirilir.

Boey daha əvvəl də "Bayern Münhen"dən icarə əsasında "Qalatasaray"a qayıtmış, 11 oyunda 1 qol vurmuşdu. O, əvvəlcə sarı-qırmızılılardan "Bayern Münhen"ə 30 milyon avro qarşılığında transfer olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki