ŞOK XƏBƏRDARLIQ: Bu bölgələrdə güclü zəlzələ ehtimalı YÜKSƏK

Türkiyəli seysmoloq Osman Bektaş Türkiyədəki zəlzələ riskləri ilə bağlı xəbərdarlıq edib.

Referans Media xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

Bektaşın sözlərinə görə, 3 il öncə Kahramanmaraşda baş verən 7.7 bal gücündə zəlzələ bölgədəki seysmik riski tamamilə aradan qaldırmayıb.

Daha yüksək təhlükəyə diqqət çəkən seysmoloq həmin zəlzələdən sonra riskin fərqli bölgələrə ötürülə biləcəyini vurğulayıb.

“Şərqi Anadoludakı qırılma xəttləri azalıb. Lakin Ölü dəniz qırılma xətti və Amik düzənliyi daha kritik hala gəlib. Hatay-Amik yüksək, Qaziantep bölgəsi orta-yüksək risk altındadır. Böyük zəlzələlər gərginliyi azaltmır, sadəcə yerini dəyişir”, – deyə Bektaş qeyd edib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki