Son 76 ilin ən güclü yağışı yağıb: 4 nəfər ölüb

Tunisdə 1950-ci ildən bu yana qeydə alınan ən güclü yağışlar sel fəlakətinə səbəb olub. Ölkədə müşahidə olunan rekord həcmdə yağıntılar nəticəsində 4 nəfər həyatını itirib.

Referans Media xəbər verir ki, ölənlər bazar ertəsi və çərşənbə axşamı günləri ən intensiv yağışların qeydə alındığı ölkənin şərq sahilində yerləşən Monastir vilayətinin Moknin (Moknine) şəhərində olub.

Tunusun Milli Meteorologiya İnstitutu ölkənin ən böyük metropol ərazisi olan Böyük Tunis bölgəsi, həmçinin Nabul və Monastir vilayətləri üçün xəbərdarlıq sisteminin ən yüksək səviyyəsi sayılan “qırmızı alarm” elan edib.

Şiddətli hava şəraiti ilə əlaqədar Tunusun 8 vilayətində tədris müvəqqəti dayandırılıb, əsas avtomobil yolları isə nəqliyyatın hərəkəti üçün bağlanıb. Rəsmilər əhaliyə güclü yağış və külək səbəbindən evlərdən çıxmamağı tövsiyə ediblər.

Tunus Prezidenti Kays Said ölkə üzrə xilasetmə əməliyyatlarının aparılması üçün orduya müvafiq tapşırıqlar verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki