SON DƏQİQƏ: İki futbolçu millidən ayrıldı

Azərbaycanın əsas millisində ayrılıqlar yaşanıb.

Xəyal Əliyevlə Şahin Şəhniyarov komandanı tərk edib.

Hər iki futbolçu Fernandu Santuşu əvəzləyən Ayxan Abbasovun istəyi ilə U-21 millisinə qoşulacaq.

Səbəb Xəyalla Şahinin beynəlxalq oyunlarda daha çox şans və təcrübə qazanmasıdır.

Yeni baş məşqçi yaxından tanıdığı futbolçuların A millidə ehtiyat oyunçular skamyasında əyləşməsindənsə, U-21-də “11-lik”də yer almalarını məqsədəuyğun sayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki