SON DƏQİQƏ! İşləyən hər KƏSİN NƏZƏRİNƏ!

Mütəmadi olaraq müxtəlif vaxtlarda Azərbaycanda iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi məsələsi gündəmə gətirilir. Bu dəfə məsələ təkcə sosial rifah və əmək hüquqları kontekstində deyil, həm də Bakıdakı tıxac probleminin azaldılması ilə əlaqələndirilir.

Azərbaycanda iş saatlarının azaldılması hansı əmək bazarında müsbət effektləri verə bilər? Bunun tətbiqi ölkəmizdə mümkündürmü?

Mövzu ilə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov Referans-a açıqlamasında bildirib ki, yeni iş qaydalarına keçid artıq dünyanın bir çox ölkələrində illərdir tətbiq olunur. Yəni, xüsusilə də son illərdə bu daha effektli bir fəaliyyət formatını alıbdır. Çox da uzaq olmayan bir tarixdə, xüsusilə koronavirus pandemiyası dönəmində biz artıq distant iş rejiminə keçidin şahidi olduq. Bir çox inkişaf eləmiş ölkələrdə böyük kampaniyalar həftədə 4 günlük iş rejiminə keçiblər. Bu özünü çox yaxşı doğruldur və distant iş rejimində fəaliyyət də aparılan təhlillər göstərir ki, özünü çox yüksək səviyyədə doğruldur. Hardasa bəzi araşdırmaçılar, mütəxəssislərin apardığı tədqiqatlar nəticəsində müəyyən olunur ki, xüsusilə də ABŞ-da və Avropanın inkişaf eləmiş ölkələrində distant iş rejimində fəaliyyət nəticəsində əmək fəaliyyətinin effektliyi hardasa bir 30%-ə qədər arta bilir.

Sabiq nazir onu da bildirib ki, eyni zamanda bu təbii ki, Azərbaycan şəraitində həm iş saatlarının azaldılması, fəaliyyətlərin azaldılması, həm dediyimiz kimi həftədə 4 günlük iş rejiminə keçilməsi və distant fəaliyyətə rəvac verilməsidir. Həmçinin Bakı şəhərindəki uzun-uzadı tıxacların da aradan qaldırılmasında bir faydalı addım olardı. Yəni, dünya bu istiqamətdə yol gedir. 

“Ona görə düşünürəm ki, biz də zaman-zaman dünyada baş verən bu proseslərə uyumlu şəkildə adımlar atmalıyıq. Zamanla bu addımlar da müsbət nəticələr verəcəkdir. Eyni zamanda qaldırdığınız problemin həllinə də öz töhfəsini verə biləcək”, – deyə ekspert qeyd edib.

Bünyamin Bünyadzadə 

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki