İsrail aviasiyası Tehran şəhərində hədəflərə zərbələr endirməyə başlayıb.
“Referans” İran agentliklərinə istinadən xəbər verir ki, münaqişə başlandıqdna bəri ilk dəfədir ki, gündüz vaxtı İran paytaxtına hücum olunur. Hazırda İran hava hücumundan müdafiə sistemləri zərbələri dəf etməyə çalışır.
Bu gün səhər İsrail ordusu ötən gecə Tehranda İranın nüvə layihəsi obyektlərinə hücum edildiyinə dair məlumat yayıb.
Məlumata görə, 50 qırıcı təyyarə bütün gecə Tehran səmasında uçaraq İranın nüvə layihəsinin infrastruktur və obyektlərinə hücum edib: “Hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin qərargahı və İran rejiminin nüvə arxivini gizlətdiyi digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə təsir edib”.
Mətbuat xidməti qeyd edib ki, İsrail ordusu üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib. İsrail ordusu “İranın nüvə təhlükəsinə qarşı hücumlarını artırmağa davam edir, obyektlərini zədələyir və onu silah istehsalı üçün kritik imkanlardan və komponentlərdən məhrum edir”.