image-moldova-bdt-uyeliginden-cikma-kararini-imzaladi-19730881_5398_ampbackend

SON DƏQİQƏ! Moldova MDB-dən çıxdı

Moldova Prezidenti Maya Sandu ölkəsinin MDB-dən çıxdığını elan edən fərman imzalayıb.

Referans Media  xəbər verir ki, fərmana əsasən, təşkilatın təsis müqaviləsi, protokolu və təşkilatın nizamnaməsi MDB-nin əsas müqavilələri çərçivəsində ləğv edilib.

Keçən ay Moldova hökuməti MDB-nin əsas müqavilələrini ləğv edib, bu ayın əvvəlində parlament qərarı təsdiqləyib.
Avropa İttifaqına üzvlük üçün müraciət edərkən Moldova əvvəllər MDB-dən çıxma prosesinə başlayıb və MDB daxilində imzalanmış təxminən 70 müqaviləni ləğv etmişdi.

1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılan Moldova 1994-cü ildə MDB-yə qoşulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki