SON DƏQİQƏ! Quru sərhədlərin açılması ilə bağlı VACİB XƏBƏR

Hər həsə yaxşı məlumdur ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 oktyabr saat 06:00-dək uzadılıb. Yəni təxminən 2 həftə sonra karantin rejimi bitir.  Onu da xatırladaq ki, 2020-ci ildən tətbiq edilən karantin rejimi çərçivəsində quru sərhədlər bağlanıb. Rəsmilər quru sərhədlərinin bağlı qalmasını təhlükəsizlik məsələləri ilə əlaqələndirir.

Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması gözlənilirmi?  Oktyabr ayında sərhədlərin açılması mümkündürmü?  

Məsələ ilə bağlı  Ağ Partiya sədri Tural Abbaslı Referans-a açıqlamasında bildirib ki, sərhədlərin bağlı qalma müddətini yenə də uzada bilərlər. Maraqlısı da odur ki, biz bilmirik ki, quru sərhədlərimiz hansı kriteriyalara görə bağlıdır. Bilmirik ki, dövlətin daxili təhlükəsizlik məsələsi hansı həddədir. Bu mənada təhlükəsizlik aradan qalxıbmı?  Bu məqamlarla bağlı detallı məlumatımızın olmadığından dəqiq bir söz demək çətindir. 

Partiya sədrinin fikrincə,  hakimiyyət təmsilçilərinin davranışından da hiss olunur ki, quru sərhədlərin bağlı qalacağını demək mümkündür. Lakin biz partiya olaraq hesab edirik ki, dövlət varsa hər zaman təhlükə də var. Hər addımda biz ölkədə fövqalədə vəziyyət və ya sərhədlərin bağlanmasını tətbiq etsək o zaman ölkə daxilində narazılıq yaranar və yoxsulluq daha da artar. Artıq 5 ildən çox olan bir müddətdə quru sərhədlərin bağlı olması həm turizmə həm də insanların yaşayışına mənfi təsir etməkdədir.

“Əgər hər bir təhdid və təhlükə ehtimalı olduğu halda sərhədləri bağlayacağıqsa o zaman bu məsələlərdən sorumlu olan qurumlar nə üçün mövcuddur? Bunun üçün də bizim mövqeyimiz odur ki, ən qısa zamanda quru sərhədlər açılmalıdır. Aydındır ki, hazırda dünyada kovidlə bağlı karantin problemləri də yoxdur.  Bir daha qeyd etmək istərdim ki, müşahidələr əsasən quru sərhədlərin açılması real görünmür”, – deyə partiya sədri əlavə edib.

Bünyamin Bünyadzadə

Referans


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki