SON DƏQİQƏ: Rusiya bu əraziləri də ələ keçirdi

  Rus qoşunları Ukraynanın iki fərqli vilayətində yerləşən yaşayış məntəqələrini ələ keçirib.

Referans.az  UNİAN-a istinadən xəbər verir, bu barədə Ukrayna hərbi monitorinq layihəsi “DeepState” məlumat yayıb.

Məlumatda bildirilir ki, Ruslar Donetsk vilayətindəki Katerinovka və Zaporojye vilayətindəki Novonikolayevka kəndlərini işğal edib.

Layihənin “Telegram” kanalında qeyd olunur ki, rus qüvvələri həmçinin Aleksandro-Kalinovo və Luç (Donetsk vilayəti), eləcə də Solodkoe, Novoye və Yablıçnoye (Zaporojye vilayəti) yaşayış məntəqələri istiqamətində irəliləyiş əldə ediblər.

Ukrayna mediası bildirir ki, Xarkov vilayətinin Boloqovka bölgəsində düşmən yenidən dövlət sərhədini keçib və Volçansk istiqamətində irəliləyib. “KRAKEN” bölməsinin qurucusu Konstantin Nemişevin sözlərinə görə, sərhədin bir hissəsində təxminən 5 kilometrlik “buffer zona” mövcuddur. Bu ərazidə nə Ukrayna, nə də Rusiya ordusunun daimi mövqeləri yoxdur və Moskva bu fürsətdən aktiv şəkildə yararlanır.

Nemişev əlavə edib ki, Rusiyanın planları arasında Volçansk və Dvureçnaya istiqamətlərindəki qruplaşmaları birləşdirmək var. Onun fikrincə, son əməliyyatlar yeni hücumlara hazırlıq mərhələsi ola bilər.

“Əgər düşmən Kupyanskı ələ keçirə bilməsə, çox güman ki, bütün qüvvəsini bu istiqamətə yönəldəcək”, – deyə o bildirib.

Bundan əvvəl, noyabrın 10-da analitiklər düşmənin Sredneye, Mayskoye, Kotlino (Donetsk vilayəti) və Krasnoqorskoye (Zaporojye vilayəti) əraziləri yaxınlığında da irəliləyiş əldə etdiyini qeyd ediblər. Rus ordusu həmçinin Qulyaypole rayon mərkəzi istiqamətində – Zlaqoda, Sladkoe və Oxotniçe kəndləri yaxınlığında mövqelərini genişləndirib.

Bundan əlavə, Rusiya qüvvələri Xarkov vilayətinin Kupyanskdan şərqdə yerləşən Stepnaya Novoselovka kəndi yaxınlığında da irəliləyib./Musavat.com  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki