Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub.
Referans Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.
Qeyd edək ki, aprelin 14-ü saat 06:43-də Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.
Xatırladaq ki, bu gecə saat 03:03-də də təkanlar qeydə alınıb. Belə ki, 3.2 maqnitudalı zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.























