Xırdalanda güclü yanğın başlayıb.
“Referans” xəbər verir ki, kənd Xırdalan deyilən ərazidə evlərdə yanğın başlayıb. Məlumata görə,evlərin iç-içə olması yanğının genişlənməsinə səbəb olub.
Hazırda əraziyə xeyli sayda yanğınsöndürənlər cəlb olunub.
Xəbər yenilənir…
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
