Son dönəmlərin “dəbi”: QEYSƏRİYYƏ TƏBİİ DOĞUŞA QARŞI… – Hansı məsləhət görülür?

Son dövrlərdə Azərbaycanda keysəriyyə əməliyyatlarına maraq artıb. Ana olmağa hazırlaşan qadınların əksəriyyəti artıq aylar öncədən doğuşun bu şəkildə həyata keçirilməsi ilə bağlı qərar verirlər.

Bəs xanımların bu üsula üstünlük vermələrinin səbəbi nədir? Hansı hallarda bu üsulun seçilməsi məsləhət görülür?

Mövzu ilə bağlı mama-ginekoloq Rəşad Sultan Referans-a açıqlamasında danışıb.

“Birmənalı olaraq təbii doğuş daha məqsədəuyğundur. Qeysəriyyə isə sadəcə bir əməliyyatdır və hər əməliyyat kimi ona göstərişlər lazımdır. Bu səbəblər də doğuşun gedişi zamanı ana və uşaq üçün təhlükə varsa, doğuş mexaniki şəkildə mümkün deyilsə, o zaman qeysəriyyəyə əl atılır. Bəs nəyə görə səbəbsiz qeysəriyyələr həm Azərbaycanda, həm də bütün dünyada üstünlük təşkil edir? Buna üstünlük verən təkcə qadınların özləri deyil. Buna bəzən onların ətrafında ailələr və həkim də təkid edə bilir. Xanımlar özləri isə adətən iki səbəbdən bunu seçir. İlk ağıla gələn səbəb doğuş sancısından qorxmalarıdır. İkinci səbəb isə uşaqlıq yolunun genişlənməsindən, oradakı kəsiklərdən və yırtıqlardan çəkinmək, doğuşun uzun illər sonrakı fəsadlarından qorxmaqdır”.

Rəşad Sultan qeyd edib ki, qeysəriyyənin daha üstün olmasının əsas səbəblərindən biri isə Azərbaycan xalqının səbəbsiz olmasıdır. Belə ki, təbii doğuş uzun müddət davam edən bir proses olduğuna görə qeysəriyyənin daha rahat olduğu düşünülür.

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki