Sörloth və Fənərbaxçaya transfer müjdəsi – Qərarını verdi

“Fənərbağça”nın yanvar transfer pəncərəsində heyətinə qatmaq istədiyi norveçli hücumçu Sörloth gələcəyi ilə bağlı son qərarını verib.

“Fənərbaxça” prezidenti Sadettin Saranın potensial hücumçu kimi nəzərdən keçirdiyi Sörloth ilə bağlı əhəmiyyətli irəliləyiş baş verib.

Referans MEDİA İspaniya mətbuatına istinadən xəbər verir ki, hücumçu gələcəyi ilə bağlı qəti qərarını verib.

Aleksandr Sörlot həftələrdir ki, “Atletiko Madrid”dəki mövqeyini qiymətləndirir. Hücumçu bu mövsüm 14 oyunda iştirak edib və cəmi iki qol vurub. Bu rəqəmlər onun oyun ardıcıllığının olmadığını göstərir.

Digər tərəfdən, Sörloth-a təsir edən əsas amillərdən biri onun bu mövsüm 6 matçda yalnız ilk 11-də meydana çıxması olub. Milli komandadakı rolunu itirmək istəməyən ulduz oyunçu İspaniya komandası ilə bağlı son düşüncələrini bölüşüb.

Klubunda start heyətdə çıxış etmək istəyən Sörloth Norveç Milli Komandası ilə 2026 Dünya Çempionatında iştirak etmək istəyir və bu səbəbdən oynayacağı komandaya transfer olunacaq.

“Atletiko Madrid”də gözdən düşmüş Sörlotun digər problemi isə oynadığı klubun ona heç bir şans verməməsidir. Norveçli hücumçu meydanda komandaya liderlik edən və onu iraəliyə aparan şəxs olmaq istəyir. Futbolçuya yaxın mənbələr bu mövsüm cəmi 620 dəqiqə oynaya bilən Sörlotun transfer olunacağı komandada məsuliyyəti üzərinə götürmək istədiyini bildirib.

Transfer pəncərəsi yaxınlaşdıqca, “Fənərbaxça” Sörlot üçün əsas namizəd hesab olunur. Sörlotun ayrılmaq istədiyini rəhbərliyə bildirdikdən sonra sarı-göylü komandanın rəsmi təklifi edəcəyi bildirilir. Digər tərəfdən, orta səviyyəli Avropa komandaları da Sörlotun transfer vəziyyətini izləyirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki