Kanal D-nin sevilən serialı “Güllər və Günahlar”ın ulduzu Cemre Baysel ilə milli yarış pilotu Cem Bölükbaşı arasında yaşanan sevgi doludizgin davam edir.
Referans Media xəbər verir ki, reytinq rekordları qıran ekran işində Zeynəb obrazı ilə tamaşaçıların rəğbətini qazanan Cemre Baysel bu dəfə şəxsi həyatı ilə gündəmdədir. Uzun müddət tək olan məşhur aktrisa yeni sevgisi ilə xoşbəxt günlər yaşayır.
Baysel, Dubayda həftəsonu yarışa çıxan sevgilisi Cem Bölükbaşını tək qoymayıb. Bölükbaşı həmin anları sosial şəbəkədə “Kimlər gəlib mənə sürpriz edib?” qeydi ilə paylaşmışdı.
Gözəl aktrisa 28 yaşı tamam olan sevgilisinin doğum gününü də xüsusi paylaşımla qeyd edib. Cemre Baysel İnstaqram hesabında Cem Bölükbaşının tortlu fotosunu yayımlayaraq yeni yaşını təbrik edib.
Cütlüyün romantik paylaşımları sosial mediada böyük maraq doğurub və qısa zamanda minlərlə bəyənmə toplayıb.
