Sosial mediada bundan danışılır: limon qalmaqalı….

İstanbulun Kuzguncuk rayonundakı bir kafeyə gələnlər çay və qazlı içkilər üçün limon tələb etdilər. Onlara ödəniş üçün gələn qəbzdə limon dilimlərinin pullu olması mübahisəyə səbəb oldu.

Kafedə yeyilən yemək üçün ümumilikdə 2260 TL ödənilsə də, Ticarət Nazirliyi bir dilim limon üçün pul alan müəssisəyə qarşı tədbir gördü. Ticarət Nazirliyinin mətbuat müşaviri Bəkir Kaplan müəssisəyə tətbiq edilən cəriməni açıqladı.

Aşkar edilən 12 uyğunsuzluğa görə müəssisəyə ümumilikdə 37.992 TL inzibati cərimə kəsildiyini bildirən Kaplan, bunları qeyd etdi: “Son günlərdə bəzi mətbuatda çıxan “Çay ilə verilən limona görə 10 TL alındı” xəbərinin ardınca, Ticarət Nazirliyimiz məsələ ilə bağlı araşdırma başlatdı və Ticarət Nazirliyimiz tərəfindən yerində əməliyyat aparıldı.

Audit zamanı müəssisəyə qiymət etiketləri, tarif-qiymət cədvəlləri və xidmətlə bağlı qanunvericilik barədə məlumat verilib, müəssisə rəsmisinin mövzu ilə bağlı açıqlaması qeydə alınıb.

Araşdırma nəticəsində 6502 saylı “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanunun Qiymət Etiketi Tənzimlənməsi çərçivəsində aşkar edilən 12 qanun pozuntusuna görə müəssisəyə ümumilikdə 37 992 TL inzibati cərimə kəsilib.

Bundan əlavə, müəssisədə satışa çıxarılan 4 müxtəlif içki məhsulları üçün son 3 ayın hesab-fakturaları istənilib. Sözügedən məhsulların yekun qiymətləndirilməsi lazımi müayinələr tamamlandıqdan sonra Ticarət Nazirliyinin Haqsız Qiymət Qiymətləndirilməsi Şurası tərəfindən ediləcək.

Ticarət Nazirliyi olaraq ictimaiyyətə hörmətlə bildiririk ki, istehlakçıların müdafiəsi, qiymətlərin düzgünlüyünü təmin etmək, bazarda nizam-intizamı təmin etmək üçün yoxlamalarımızı davam etdirəcəyik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki