Sosial mediada yeni qadağa gəlir: Bundan sonra…

Avropa İttifaqı sosial mediada sürətlə artan uşaq fenomen istismarının qarşısını almaq üçün tədbirlər görüb.

Referans Media “CBC”ə istinadən xəbər verir ki, yeni təklifə görə, sosial media platformalarında uşaq fenomenlərə pul və ya hədiyyələr göndərmək tamamilə qadağan ediləcək.

Məlumata görə, bu addım ailələrin uşaqlarını yüksək gəlir vədi ilə daimi məzmun istehsalına məcbur etmələrinin qarşısını almaq üçün atılır.

Təklifə, həmçinin 16 yaşdan kiçik uşaqların valideynlərinin razılığı olmadan, 13 yaşdan kiçik uşaqların isə ümumiyyətlə sosial media hesabları açmasının qadağan edilməsi daxildir.

Layihə hələ də hazırlıq mərhələsində olsa da, bəzi ölkələr artıq tədbir görməyə başlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki