Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 330 nəfəri ötdü

Şri-Lankada daşqınlar yüzlərlə insanın ölümünə və çoxlu itkin düşməsinə səbəb olduqdan sonra fövqəladə vəziyyət elan edib.

“Referans MEDİA” BBC-yə istinadən bildirir ki, Şri-Lankada dağıdıcı sel və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 330 nəfəri keçib. Ölkə son illərin ən ağır hava fəlakətlərindən biri ilə mübarizə aparır.

“Fəlakətlərin İdarə Edilməsi Mərkəzi” tərəfindən bildirilib ki, 200-dən çox insan itkin düşüb, 20 minə yaxın ev dağılıb, 108 min insan dövlətin müvəqqəti sığınacaqlarına göndərilib.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki