Sudanda döyüşlər şiddətlənir – Ordu qərargahı ələ keçirildi

  Sudanın Şimali Darfur bölgəsində mühasirədə olan əl-Fəşər şəhərində döyüşlər intensivləşib.

Referans.az  xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.

Sürətli Dəstək Qüvvələri (Rapid Support Forces – RSF) adlı yarımhərbi qrup hökumətə sadiq Sudan Silahlı Qüvvələrinin qərb bölgəsindəki son dayaq nöqtəsi sayılan hərbi bazanı ələ keçirdiyini bəyan edib.

RSF sözçüsü bazar günü verdiyi açıqlamada bildirib ki, “qüvvələrimiz əl-Fəşərdəki 6-cı Diviziyanı azad etməyi bacardı, bu strateji hərbi bazaya tam nəzarət qurmaqla ordunun və onun müttəfiqlərinin belini qırdı”.

O, bu hadisəni mühüm dönüş nöqtəsi adlandırıb: “Hərbi bazanı ələ keçirərək bütün sudanlıların azadlıq, sülh və ədalət arzularına uyğun olaraq dövlətin inşasına aparan yolda uğur qazanırıq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki