Sumqayıt məktəbində dava: Təhsil İdarəsi rəy bildirdi

Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi ilə Abşeron-Xızı Regional Təhsil İdarəsi münasibət bildirib.

Referans Media xəbər verir ki, məktəb rəhbərliyi hadisəyə dair təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Təhsil İdarəsi qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki