Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

  Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans.az  xəbər verir ki, hadisə Bakı-Quba yolunun 27-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, 1993-cü il təvəllüdlü Qurbanov Kamil Şakir oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən piyadanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki