Sumqayıtda bədbəxt hadisə: 21 yaşlı oğlan eyvandan yıxılıb öldü

  Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

Referans “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov ehtiyatsızlıq nəticəsində mənzilinin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan gənc hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki