Sumqayıtda ev yandı, ər-arvad tüstüdən zəhərləndi

  Sumqayıtda yaşayış evində yanğın baş verib.

Referans.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Yanğının başvermə səbəbi araşdırılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki