Sumqayıtda güclü yanğın başladı

Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir məntəqəsində yanğın qeydə alınıb.

Referans Media “Report”a istinadla xəbər verir ki, FHN-in yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışır.

Yanğının digər obyektlərə keçmə təhlükəsi var. Ərazidə bir neçə ağacın da yandığı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki