Sumqayıtda yaşayış binasında yanğın baş verib.
Referans “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Binadan sakinlərin təxliyəsi təmin edilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının çevik müdaxiləsi sayəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
