Sumqayıtda zəncirvari qəza: 4 avtomobil toqquşdu – FOTO

  Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşub.

Referans.az  xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Land Rover” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan “Changan”, “VAZ-2106” və “Hyundai” markalı avtomobillərə çırpılıb.

Zərbənin təsirindən “Land Rover” aşıb, avtomobillərə ciddi ziyan dəyib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. (Report.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki