Sumqayıtda zəncirvari qəza olub, dörd avtomobil toqquşub.
Referans Media Report-a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.
Belə ki, iki "Opel", bir "BYD" və bir "Chevrolet" markalı minik avtomobili toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
