Suriyada İranın gizli bazası aşkarlandı

Suriyanın İraqla sərhəd bölgəsində İranın gizli hərbi bazası aşkarlanıb.

Referans Media  xəbər verir ki, bu barədə Suriyanın hərbi məlumatlar yayan “Qəle-yi Əlməziq” sosial media kanalı məlumat və video paylaşıb.

Bildirilib ki, 7 il əvvəl SEPAH tərəfindən inşa edilən baza Bəşər Əsədin devrilməsindən sonra istifadəsiz qalıb.

“İranlılar və onlara bağlı “Fatimiyyun” briqadası İraq sərhədi yaxınlığında geniş və mürəkkəb tunel şəbəkəsi qurublar”, – məlumatda bildirilib.

Yayılan videoda nəqliyyat vasitələrinin hərəkət etdiyi və Hizbullaha silah qaçaqmalçılığı üçün əsas yol hesab edilən böyük tunellər göstərilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki