Sürücülərə vacib xəbər: Bunu edənlər avtoxuliqan hesab olunacaq

Avtoxuliqanlıqla bağlı qanuni məqamlar 

 Son dövrlərdə yol hərəkəti qaydalarının pozulması və avtoxuliqanlıq halları ilə bağlı cəmiyyətdə müzakirələr artmaqdadır. Xüsusilə sürücülərin hansı hallarda avtoxuliqan hesab olunması və bu zaman tətbiq edilən prosedurlar barədə suallar tez-tez gündəmə gəlir.

Referans Media  xəbər verir ki ,bBu barədə Oxu24.com-a açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, avtoxuliqanlıq anlayışı qanunvericilikdə konkret şəkildə müəyyən olunub və hər bir yol hərəkəti pozuntusu bu kateqoriyaya aid edilə bilməz.

 Hüquqşünasın sözlərinə görə, avtoxuliqanlıq dedikdə əsasən ictimai təhlükəsizliyi kobud şəkildə pozan və cəmiyyət üçün real risk yaradan davranışlar nəzərdə tutulur. Bunlara, məsələn, iki və ya daha çox nəqliyyat vasitəsinin iştirak etdiyi qanunsuz yarışların təşkili, yüksək sürətlə və idarəetməni itirmə riski yaradan hərəkətlər, eləcə də avtomobilin təhlükəli manevrlərlə – məsələn, təkər üzərində və ya idarəetməni çətinləşdirən formada idarə olunması kimi hallar daxildir.

 Şamil Paşayev vurğulayıb ki, hər bir halda avtoxuliqanlıqla bağlı sübutlar qanunvericiliyə uyğun şəkildə toplanmalıdır. Bu zaman əsas sübutlar yol hərəkəti təhlükəsizliyinə nəzarət kameraları, şəhər müşahidə sistemləri və yol patrul xidməti avtomobillərindəki qeydiyyat qurğuları vasitəsilə əldə olunmalıdır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki