Dövlət Statistika Komitəsi sədrinin səlahiyyətlərini icra edən şəxsin kimliyi məlum olub.
Referans Media xəbər verir ki , hazırda quruma komitə sədrinin birinci müavini Vahab Məmmədov rəhbərlik edir.
O, sədr səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirir.
Qeyd edək ki, V.Məmmədov 1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olub.
O, 2016-cı il fevralın 3-də Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin fevralın 9-da imzaladığı sərəncama əsasən, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
