Əlican Əliyev adlı müğənni Əməkdar artist Tahir İmanovdan üzr istəyib.
Referans xəbər verir ki, o, daha əvvəl “Planeta Parni iz Baku” kollektivinin bədii rəhbəri Tahir İmanovun instaqramda paylaşılan videosuna təhqir dolu sözlər yazdığını, daha sonra isə bu əməlindən peşman olduğunu bildirib.
Ə.Əliyevin videosu “Planeta Parni iz Baku”nun səhifəsində paylaşılıb.
Daha sonra müğənni üzrünü qəbul etdiyi üçün Tahir İmanova təşəkkürünü bildirib.
“Əziz dostlar! Hamınızdan xahiş edirik ki, sosial şəbəkələrdə bir-birinizi təhqir etməyin. Hər bir təhqirin qanunda nəzərdə tutulmuş cəzası var. Belə təhqirlər təkrarlansa, təkrarən tolerant yanaşmayıb bu səhvi bağışlamayaq. Allah bütün xalqımızı qorusun”, – deyə videonun şərh bölməsində yazılıb.
“Planeta Parni iz Baku”nun səhifəsində üzr videosunun yayımlaması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Bir qisim KVN komandasının belə bir videonu yayımlamasını normal qarşılasa da, bəzi sosial şəbəkə istifadəçiləri bunu “Planeta Parni iz Baku” üzvlərinə yaraşdırmadıqlarını yazıblar.
Qeyd edək ki, Əlican Əliyev sosial şəbəkələrdəki profilində musiqi təhsili aldığını qeyd edib. O, həmçinin Xalq artisti Gülyaz Məmmədovanın tələbəsi olub.























