Taleh Ziyadov növbəti dəfə federasiya prezidenti seçildi

Dekabrın 22-də keçirilən Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağında federasiyanın rəhbərliyinə seçkilər baş tutub.

Referans Media xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən bu vəzifəyə seçilib.

Eyni zamanda Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezident, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinin üzvləri seçiliblər.

Yığıncağın sonunda çıxış edən Taleh Ziyadov göstərilən etimada görə təşəkkür edib və federasiyanın qarşıdakı dövr üçün fəaliyyət planlarını açıqlayıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki