Tamaşaçıların gözlədiyi xəbər gəldi: “Yeraltı” nə vaxt ekranlarda olacaq?

Sezon finalı ilə tamaşaçıları böyük maraq və suallar içində qoyan “Yeraltı” serialının yeni mövsümü ilə bağlı gözlənilən ilk xəbər gəlib.

Referans Media xəbər verir ki, "NOW" telekanalının sevilən layihəsi yeni mövsüm hazırlıqlarına başlayıb. Serialın əsas heyəti ilə yeni mövsümdə hekayəyə qoşulacaq aktyorlar oxu məşqində bir araya gəliblər. Görüş zamanı yeni obrazların serialın mövcud süjetinə necə daxil olacağı ilə bağlı ilk hazırlıqlar aparılıb.

Yeni mövsümdə “Yeraltı”nın aktyor heyətinə İsmail Hacıoğlu, Şükran Ovalı, Azra Aksu və Ekrem Tamer daxil olublar. Yeni aktyorların oxu məşqinə qatılması ilə serialın qarşıdakı bölümlərində baş verəcək hadisələrlə bağlı maraq daha da artıb.

Xüsusilə yeni obrazların serialdakı mövcud münasibətlərə necə təsir göstərəcəyi və keçmişdən gələn hansı əlaqələrin yeni qarşıdurmalara səbəb olacağı tamaşaçıların əsas maraq dairəsindədir.

Genişlənən aktyor heyəti və dəyişən münasibətlər fonunda “Yeraltı”nın yeni mövsümündə hadisələrin daha gərgin məcrada inkişaf edəcəyi gözlənilir.

Serialın yeni mövsümünün oktyabr ayında tamaşaçılara təqdim ediləcəyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki