Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Referans Media xəbər verir ki , hadisə rayonun Novosaratovka kəndində qeydə alınıb.
Məlumata əsasən, Aysel Xıdırova “Chevrolet” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə sürücünün köməkçisi və azyaşlı övladı da olub.
Hadisə nəticəsində Aysel Xıdırova yüngül xəsarət alıb. Hazırda onun müalicəsi ev şəraitində davam etdirilir.
Qeyd edək ki, Aysel Xıdırova el şənliklərində davul ifaçısı kimi iştirak edir./Bizim.Media
Faktla bağlı araşdırma aparılır.























