Tanınmış jurnalist VƏFAT ETDİ

  Tanınmış jurnalist, Oxu.Az-ın redaktoru Rüstəm Qaraxanlı dünyasını dəyişib.

Referans  xəbər verir ki, bu barədə Oxu.Az-a mərhumun ailəsi məlumat verib.

1978-ci il təvəllüdlü R.Qaraxanlının ötən gün axşam saatlarında səhhətində qəfil yaranan problemdən vəfat etdiyi bildirilir.

 Qeyd edək ki, o, bir sıra mətbu orqanlarda köşə yazarı kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki