image-upload-ria_2504608-pic_32ratio_900x600-900x600-65998backend

Tanınmış teleaparıcı vəfat etdi

Rusiyanın Birinci Kanalında yayımlanan “İnsan və Qanun” (Человек и закон) proqramının aparıcısı olmuş Aleksey Pimanov 64 yaşında vəfat edib.

Bu barədə Birinci Kanalın yaydığı rəsmi məlumatda bildirilir:

“Aleksey Pimanovun ürəyi dözmədi. Kollektivimiz üçün əvəzolunmaz itkidir. Onun yaxınlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Pimanov tamaşaçılara daha çox 1996-cı ildən bəri rəhbərlik etdiyi “İnsan və Qanun” verilişi ilə tanış idi. Bununla yanaşı, o, “Sağlam yaşamaq” (Жить здорово), “Kreml-9”, “Kumirlər”, “Ordu mağazası” (Армейский магазин), “Əsrin sirləri” (Тайны века) kimi bir çox populyar layihələrin prodüseri olub.

Yaradıcılıq fəaliyyəti ərzində ssenarist və rejissor kimi 100-dən çox sənədli və bir neçə bədii film ərsəyə gətirən Pimanov, həmçinin “Krasnaya Zvezda” mediaholdinqinin rəhbəri və Rusiya Federasiyasının Əməkdar artisti fəxri adının sahibi idi.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki