Beynəlxalq arenada yayılan xəbərlərə görə, Mərakeş, ABŞ Prezidenti Donald Trampın Qəzza planı çərçivəsində yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvələri (BSQ) nəzdində Qəzzaya əsgər göndərəcək ilk ərəb ölkəsi olacaq.
Referans Media İsrail dövlət televiziyası KAN-a istinadən xəbər verir ki, Mərakeş Qəzzaya əsgər göndərəcək ilk ərəb ölkəsi kimi planlaşdırılır. BSQ-in komandanlığını General-mayor Casper Ceffers icra edəcək.
Plan çərçivəsində Qəzza Sərhədinin cənubunda yeni hərbi baza inşasına ay sonuna qədər başlanacağı gözlənilir. Bu qüvvə, İsrail və Həmas arasındakı qarşıdurma sonrası bölgədə atəşkəsi yoxlayacaq və təhlükəsizliyi təmin edəcək.
KAN-a görə, Yunanıstan və Albaniya kimi ölkələr də BSQ ilə müzakirələr aparır. Əvvəlki xəbərlərdə Endoneziyanın BSQ çərçivəsində Qəzzaya əsgər göndərəcək ilk xarici qüvvə olacağı iddiaları da gündəmə gəlmişdi.
Qəzzaya beynəlxalq qüvvənin yerləşdirilməsi, İsrail və Həmas arasındakı atəşkəsin qorunması və bölgədə sülhün təmin olunması cəhdlərinin bir hissəsi olaraq müzakirə olunur.
Hələlik hansı ölkələrin hansı səviyyədə qatqı verəcəyi ilə bağlı rəsmi qərar və tarix açıqlanmayıb.
