“Taxtakörpü” su anbarında meyit tapıldı

  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.Referans xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki