“Taxtakörpü” su anbarından meyit tapıldı

  Şabranda su hövzəsindən meyit tapılıb.

Referans.az   xəbər verir ki, hadisə oktyabrın 18-i saat 15 radələrində Şabrandakı “Taxtakörpü” su anbarında qeydə alınıb.

Anbardan üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyiti tapılıb. Ölən şəxsin kimliyi məlum deyil, meyitin kimə məxsus olması dəqiqləşdirilir.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki